11 iyun 2020 12:10
1388

Dünya turuna çıxan türk ailəsinin sərgüzəştləri - FOTO

Emin Cihan Duyan Anadolu Universitetinin müəllimi, həyat yoldaşı Gonca isə yoga müəllimi idi. Onlar 9 yaşlı qızı Maya dünya turu xəyalını reallaşdırmaq üçün yola çıxmışdılar.

"İki sahil" xəbər verir ki, işlərindən istefa verib özləri üçün bir avtomobildən ev düzəltdilər. 30-dan çox ölkəni gəzdilər. Çətinlik keçirdilər, yollarda qaldılar, amma əl çəkmədilər. Karantin və fövqəladə vəziyyət zamanı onlar Portuqaliyada 3 ay dostlarının evlərində qaldılar. İndi avtomobil evlərinə döndülər, ancaq sərhədlərin bağlı olduğu üçün yalnız Portuqaliya daxilində səyahət edirlər.

Maya qətiyyətlə bir avtomobildən ev düzəltmək və dünyanı araşdırmaq, xəstə və ac qalan uşaqlara kömək etmək istədi.

2019-cu ilin mart ayında avtomobillə ilə dünya turu ilə sərgüzəştlərdə özlərini kəşf etdilər. İstiqaməti ilk olaraq Mayanın şimal işıqlarının sevgisi ilə təyin edən ailə səyahəti həmişə həyatlarının bir hissəsi hesab edir.