Türkiyənin “Qalatasaray” klubunun keçmiş ulduzu Sneijder ilə evliliyini bitirməyə qərar verən model və aktrisa Yolanthe Cabaunun paylaşımları sosial medianı silkələyib.
“İki sahil” xəbər verir ki, Hollandiyanın əfsanəvi futbolçularından olan, bir müddət də "Qalatasaray" formasını geyinən Wesley Sneijder ötən yay karyerasını başa vurduğunu açıqladı. Futbolu tərk edən ulduz futbolçu bir müddət əvvəl qazandığı çəkilərlə gündəmə gəlmişdi.
Sneyderdən fərqli olaraq, əfsanəvi futbolçunun həyat yoldaşı Yolanthe Cabau isə idman zalından çıxmayıb. 35 yaşlı model dünən sosial mediada məşq etdiyi zaman çəkdirdiyi fotolarını paylaşıb.
Görünüşü ilə gənc qızlara meydan oxuyan iki uşaq anası olan Cabau fotolarına çoxlu sayda bəyənmə və şərh alıb.
Qeyd edək ki, həyat yoldaşının ürəyini qazanmaq üçün Sneijder Yolanthe Cabau tərəfindən qurulan “Azad bir qız” dərnəyinə 2 milyon avro hədiyyə etmişdi.