Türkiyənin Ədirnə bölgəsinin Keşan rayonundakı Böyük Cami məhəlləsində Kunduracılar bazarında qoyulan bürünc rəngdə hazırlanmış uşağı qucağında selfi çəkdirən qadın heykəlinin telefonunaməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.
"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Keşan Bələdiyyəsi tərəfindən qoyulan heykəlin əlindəki gipsdən hazırlanmış telefon oğurlanıb. Səhər saatlarında iş yerlərini açmağa gələn mağaza sahibləri heykələ zərər verildiyini görəndə rəsmi qurumlara xəbər veribklər.
Qeyd edək ki, Keşanda şəhərin müxtəlif nöqtələrinə tikiş edən edən dərzi, Kesanlı Əli və velosipedli heykəlləri də ziyan görüb.