Dörd ayda Bakıda benzin istehsalı 0,1 faiz, dizel yanacağı istehsalı isə 6,8 faiz artıb.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-aprel aylarında Bakının neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 979,2 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 0,3 faiz artıb.
Yanvar-aprel aylarında ağ neftin istehsalı 4,1 faiz, yanacaq mazutunun istehsalı 89,8 faiz azalıb.
Neft məhsullarından avtomobil benzininin istehsalı 0,1 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 6,8 faiz, dizel yanacağı istehsalı 6,8 faiz, sürtkü yağlarının istehsalı 91,8 faiz, neft bitumunun istehsalı 2,1 dəfə, neft koksunun istehsalı isə 45,9 faiz artıb.