Türkiyəli məşhur model Ebru Şallı bir neçə ay əvvəl vəfat edən oğlu ilə bağlı paylaşım edib.
"İki sahil" xəbər verir ki, model "İnstagram" hesabında vəfat edən oğlu Parsın fotosunu yayımlayaraq "Səni çox sevirəm mələyim. Aramızdakı bağ heç vaxt qopmayacaq. Sonsuza qədər səninləyəm" sözlərini qeyd edib. İzləyiciləri fotonu bəyənərək, modelə təsəlli veriblər.
Xatırladaq ki, Ebru Şallının 9 yaşında vəfat edən oğlu 2 il limfa vəzi xərçəngindən əziyyət çəkib.