Türkiyə Super Liqasının komandalarından biri olan "Çaykur Rizespor"da oynayan Mykola Moroziukun həyat yoldaşı İrina Moroziuk sosial mediada paylaşımları ilə gündəmdə qalmağı bacarır. Super Liqanın "gəlini" qarpız dilimi ilə çılpaq pozalarını senzura edib.
"İki sahil" xəbər verir ki, Antaliyanın Kəmər bölgəsində tətil edən Moroziuk paylaşdığı çılpaq pozası ilə izləyicilərinin böyük diqqətini çəkdi. Moroziuk çılpaq olmasına baxmayaraq, vücudunu qarpız dilimi ilə bağlayıb. Bu paylaşım qısa müddət ərzində minlərlə bəyənmə və şərh aldı.
Bundan əvvəl dəfələrlə çılpaq paylaşımlar edən İrina Moroziuk sosial mediadan fəal istifadə edir.
İrina Morziuk son aylarda Ukraynanın həvəskar komandalarından biri olan "FC Lion" komandasının rəhbəri olub.
Qeyd edək ki, İrina Moroziuk Ukraynadakı ilk qadın prezidenti olaraq "Lion" FC-nin rəhbəri olmaqdan şərəf duyuram. Hədəflərimiz böyükdür. İnanıram ki, Futbol Federasiyası bizə dəstək olacaq və rəsmi oyunlarda iştirak etməyimizə icazə verəcək. Güclü və müstəqil Ukrayna üçün varıq" ifadələrini işlətmişdi.