23 iyul 2020 15:32
1773

"Bəyənmələr" üçün 45-ci mərtəbədən stul atdı - Şüursuzluq ! - FOTO

Kanadanın Toronto şəhərində baş verən bir hadisədə 20 yaşlı internet fenomeni "sosial mediada şöhrət qazanmaq" üçün 45-ci mərtəbədəki bir mənzildən sıx hərəkət olan yola bir stul atdı.

"İki sahil" xəbər verir ki, internet fenomeni Marcella Zoia başqalarının həyatı təhlükəyə atmaqda ittiham olunduğu məhkəmədə 2000 dollar cəzaya məhkum edilib. Hakim prokurorun həbs cəzası tələbini rədd edərək 20 yaşlı Zoyanın reablitasiya mərkəzində müalicə ala biləcəyini söylədi. Zoianın eyni zamanda iki illik nəzarət, 150 saat icma xidməti və sosial mediadan istifadədən dərslər alması qərarını verdi.

Onlayn məhkəmədə Zoia üzr istədi, "Bağışlayın. Mən axmaq bir şey etdim. Etdiyim əməllərdən çox insan zərər görə bilərdi" dedi.

Vəkil Zoia'nın spirtli bir problemi olduğunu, alkoqolun təsiri altındakı stulu atdığını, hadisədən sonra məktəbdən qovulduğunu və modellik müqavilələrinin ləğv edildiyini söylədi.

Hakim Mara Greene qərarını elan edərkən hadisədə heç kimin xəsarət almadığını, cinayət hadisəsi olmayan təqsirləndirilən şəxsin ictimaiyyətdə qınandığını və gənc olduğu üçün reablitasiya mərkəzində müalicə ala biləcəyini və həbs cəzasının əhəmiyyətsiz olduğunu söylədi.

Hakim Zoianın sosial mediadan istifadəni məhdudlaşdırmama tələbini də rədd edib.