09 sentyabr 2020 23:00
1380

Pişik aktrisanı xəstəxanalıq etdi

Aktrisa Selin Şekerci xəstəxanalıq olub.

Küçədə gördüyü pişiyi sığallamaq istəyən sənətçini heyvan dişləyib. İki gün sonra Selinin hərarəti qalxıb.

Hərarət, qusma, qarın və mədə ağrısı şikayətləri ilə xəstəxanaya yollanan aktrisa Covid19 olduğunu düşünüb. Həkimlər isə onun xəstəliyinin səbəbinin pişik dişləməsi olduğunu deyib.

Selin "Pişik dişləyəndə quduzluğa qarşı iynə vurdurmaq yetərli deyil. Anamdan əmdiyim süd burnumdan gəldi" sözlərini söyləyib.

Axşam.az