10 sentyabr 2020 21:15
2755

Rənglərin tarixinə birgə səyahət edək...

Rənglər gözümüzün tutduğu işıq effektidir. Tərifi elmi cəhətdən aydın və bir qədər soyuq olsa da, rənglər həyatımızı mənalı, isti, səmimi və gözəl edən ən vacib elementlərdir. Gözümüzdə işıqdan yansıyan şüalar nəticəsində meydana gələn əkslər bizə rənglər olaraq görünür. Təbiəti, həyatımızı rənglərsiz təsəvvür belə etmək çətindir.Sizlər üçün araşdırdığımız rənglərin tarixinə qısa bir nəzər salaq.

Antik dövrdəki rənglər

Qədim dövrlərdə təbiəti əks etdirdiklərini nəzərə alaraq əsasən qırmızı, mavi, yaşıl və sarı rənglərdən istifadə olunurdu. Rəng kataloqlarında istisnalar xaricində 4 əsas rəng vacib sayılırdı. Qədim Misirdə sarı günəşi, Qədim Yunanıstanda mavi inam və qorunmanı təmsil etdiyi üçün daxili və xarici memarlıqda birbaşa iştirak edirdi.

Orta əsrlərdə rənglər

Orta əsrlərdə sənət kilsənin cəmiyyətlə ünsiyyətində böyük rol oynadı. Qırmızı rəng qan və doğuşu təmsil etdiyi üçün İsanın fiqurlarında, ölümü təmsil etdiyi üçün Məryəmin paltarında qara və bənövşəyi rəngindən istifadə olunurdu.

İntibah dövründəki rənglər

İntibah dövründə, yeni ixtiraların və coğrafi kəşflərin hakimiyyəti ilə rənglər daha tündləşdi və qəhvəyi, bej və qırmızı kimi rənglərdən istifadə olunmağa başlanıldı.İntibah dövründəki sənət əsərlərinə nəzər yetirdikdə, həmin rəsm əsərlərində qəhvəyi və ədviyyat rənglərinin vurğulandığını görə bilərik.

Rənglər barəsində bəzi maraqlı faktları sizə təqdim edirik...

Qırmızı rəngi qan təzyiqini artıraraq, qan axışını sürətləndirir və iştahanı artırır. Bu səbəbdən də bir çox restoran şəbəkəsi loqotiplərində qırmızı rəngə üstünlük verir. Ağ rəngi təmizliyi və saflığı təmsil edir. Fərqli ölkələrdə mənaları dəyişə bilər. Məsələn, Yaponiyada ağ rəng ölümü təmsil edir.

Mavi sakitləşdirici və inamverici bir rəngdir. Qərbdə mavinin sakitləşdirici təsiri sayəsində intiharları azaltmaq üçün körpülərin dəmir və tutacaqlarını mavi rəngə boyayırlar.

Narıncı rəng diqqət çəkən bir rəngdir. Bir məhsulda və ya bir markada portağal rəngini seçərək bu məhsulun hər kəs üçün olduğu imicini yaratmış olacaqsınız . Müşahidələrə əsasən, insanlar narıncı rənglə örtülmüş sahələrə daha asan daxil olurlar.

Samirə İsmayılova, “İki sahil”