Küveyt Neft Korporasiyasından verilən məlumata görə, Küveyt neftinin qiymətinin 1 barelinin qiyməti 2.14 dollar aşağı düşərək, 71.48 dollar təşkil edib.
“İki sahil” kuna.net.kw saytına istinadən xəbər verir ki, Küveyt neftinin qiyməti azalmaqda davam edir və son dövrdə Küveyt neftinin qiymətində yüksək azalma müşahidə olunub.
Qeyd edək ki, “Brent” markalı neftin və “ Texas” markalı neftlərin qiymətində də yüksək azalma müşahidə edilib. Belə ki, “Brent” markalı neftin 1 bareli 1.35 dollar azalaraq , 75.09 dollar, “Texas” markalı neftin 1 bareli isə 1.66 dollar azalaraq 66. 22 dollar olub.