UEFA Çempionlar Liqasının qrup mərhələsində komanda sayının artırılması ilə bağlı hələ qərar verməyib.
"İki sahil" "Report"a istinadən xəbər verir ki, bu barədə qitə futbol qurumundan bildirilib.
Qeyd olunub ki, UEFA-nın bayrağı altında 2024-cü ildən sonra keçiriləcək klub yarışlarının formatı ilə bağlı müzakirələr tezliklə bütün maraqlı tərəflərlərin iştirakı ilə bərpa olunacaq.
Daha əvvəl "The Telegraph" nəşri UEFA-nın 2024/2025 mövsümündən Çempionlar Liqasının qrup mərhələsində iştirakçı komandaların sayını 32-dən 36-ya artıra biləcəyini yazıb.