Yaponiyanın "Qamba Osaka" klubu futbolçusu Ademilsonu məşqdən və matçlardan qeyri-müəyyən müddətə kənarlaşdırıb.
"İki sahil" "Report"a istinadən xəbər verir ki, 26 yaşlı braziliyalı hücumçu sərxoş vəziyyətdə avtomobil qəzasına düşüb.
Klub Ademilsonun diskvalifikasiyasının məhkəmə prosesinin sonuna qədər davam edəcəyini bildirib.
Qeyd edək ki, Ademilson bu mövsüm 6 qolla komandanın bombardiridir.