30 oktyabr 2020 21:07
657

Dualarımız qardaş Türkiyə ilə birlikdədir - Hikmət Hacıyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində Türkiyədə baş verən zəlzələ ilə bağlı paylaşım edib.

"İki sahil"-in məlumatına görə, paylaşımda deyilir: "Dualarımız Qardaş Türkiyə ilə birlikdədir. Depremdə həyatını kayb edənlərə Uca Allahdan rəhmət diləyirik. Başın sağ olsun Türkiyə! Keçmiş olsun".