Müasir həyatda rekordlar təkcə real aləmdə deyil, internetin ucsuz-bucaqsız onlayn dünyasında da qeydə alınır. Ən bahalı domen adı neçəyədir? Ən kiçik internet saytının səhifəsi hansı ölçüdədir? Ən böyük internet-konfransda kimlər iştirak edib? İnternet həvəskarlarına bu və ya digər belə məlumatlar maraqlıdır.
Ən miniatür veb-sayt: www.guimp.com hesab olunur.
www.diamond.com saytının domeni indiyədək satılan ən bahalı domen sayılır. Bu domen 7,5 milyon dollara alınıb. Sözügedən ünvanda yerləşən sayt bijuteriya və müxtəlif bəzək əşyalarına həsr olunub. www.vodka.com saytı isə 3 milyon dollara alınıb, sonradan “Ruskiy Standart” bankının saytına çevrilib. Hazırda isə həmin saytda onlayn icma fəaliyyət göstərir.
Dünyanın ən böyük internet xidmətləri göstərən saytı Yaponiyanın “NTT DoCoMO” şirkətidir.
Dünyanın ən böyük internet kafesi Nyu Yorkda 28 noyabr 2000-ci ildə açılıb. Orada 628 kompyuter qurulmuşdu.
Ümumdünya internet şəbəkəsində ən böyük cərimə - 107,7 milyon dollar təşkil edib. ABŞ-da abort əleyhdarları abort edən həkimlərin "axtarılanlar" kimi işarələnmiş şəkillərini əks etdirən veb sayt hazırladıqlarına görə belə böyük məbləğdə cərimələniblər.
“eBay”da ən böyük onlayn hərrac 1995-ci ildə keçirilib. Neft emalı zavodu hərraca çıxarılmışdı, lakin o vaxt heç bir təklif almadı və satılmadı. Daha sonralar “eBay”da satılan ən bahalı şey 40 milyon dollara alınan “Gulfstream V” təyyarəsi olmuşdu.
Ən uzun onlayn müsahibə isə 1997-ci ildə Pol Makkartnidən götürülüb. Həmin vaxt onun “Flaming Pie” adlı albomunun premyerası baş tutmuşdu. İnternet yayım zamanı ona təxminən 3 milyon sual ünvanlanmışdı.
FIFA 2018 Dünya Kuboku daha bir rekord qırdı - FIFA-nın rəsmi saytlarındakı bütün video yayımlarına baxış 1,25 milyarda bərabər idi. Bu oyunlar internet istifadəçilərinin diqqətini Keyt Middleton və Şahzadə Uilliamın kral toyundan daha çox çəkmişdi. Yalnız bir ayda FIFA-nın “YouTube” kanalına 4 milyondan çox abunə qeydə alınmışdı.
Nubar Süleymanova, “İki sahil”
Səfirliyin nümayəndəsi: Enerji sahəsi Ankara ilə Bakı arasında strateji əməkdaşlığın prioritet istiqamətlərindən biri olaraq qalır
Azərbaycanın Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci açıqlanıb