Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların səfərlərinə qoyulan məhdudiyyətlər nəticəsində sərnişin daşınmasında müşahidə olunan ciddi azalmalar, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərlə əlaqədar bu ilin yanvar-oktyabar aylarında əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 25,9 % azalaraq 5 569,2 milyon manat olub.
"İki sahil" “Report”a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə hüquqi şəxslər əhaliyə 4 208,4 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,6 %-ini təşkil edib.
10 ay ərzində hər bir ölkə sakini orta hesabla 558,3 manatlıq və yaxud illik müqayisədə 193,3 manat az məbləğdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 1 milyard dollara çatdırılacaq
AYNA daha bir neçə istiqamət üzrə keçirdiyi müsabiqələrin qaliblərini müəyyən edib