İngiltərənin "Arsenal" komandası UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Avstriya "Rapid"i ilə oyunun azarkeşlərin iştirakı ilə keçiriləcəyini açıqlayıb.
"İki sahil" xəbər verir ki, bu barədə klubun rəsmi tvitter səhifəsində paylaşım edilib.
"Fanatlarsız 9 ay keçib. Gələn həftə 2 000 tərəfdarın "Emireyts" stadionunda olacağını elan etməkdən məmnunuq", - məlumatda bildirilib.
Daha əvvəl İngiltərə mətbuatında Premyer Liqasının Liverpul və London şəhərlərində keçiriləcək oyunlarında azarkeşlərin iştirakına icazə veriləcəyi ilə bağlı xəbər yayılıb.
Qeyd edək ki, "Arsenal" - "Rapid" görüşü dekabrın 3-də olacaq.