Yeni mövsümə Türkiyədə hazırlaşan "Turan Tovuz"un yoxlama oyunlarındakı növbəti rəqibi bəlli olub.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda 31 iyul tarixində Türkiyə təmsilçisi "Iğdır" ilə qarşılaşacaq.
Qeyd edək ki, "Turan Tovuz" bunadək İranın U-21 millisi ilə və "Fatih Karagümrük"lə qarşılaşıb və hər iki oyunda 1:1 hesablı heç-heçə edib.

“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib