Cari ilin oktyabr ayının sonunda yeni növ koronavirus infeksiyası ilə bağlı bağlanan Eyfel qülləsi ilk ziyarətçilərini 16 dekabrda qəbul edəcək.
Bu barədə “İki sahil” “TASS”a istinadən xəbər verir.
Qeyd olunub ki, Eyfel qülləsi turistlər üçün yerli vaxtla 10:30-dan 18: 30-dək fəaliyyət göstərəcək. Biletləri yalnız onlayn almaq mümkün olacaq.
Xatırladaq ki, Fransada 2,2 milyondan çox şəxs koronavirusa yoluxub, infeksiyadan isə 52 mindən çox pasiyent dünyasını dəyişib.
Antonio Quterreş nüvə silahları ilə bağlı təhlükənin artması barədə xəbərdarlıq edib
Ermənistanın ABŞ-dəki səfiri Rubionun dəvəti ilə keçirilən konfransda iştirak edib