04 avqust 2026 02:20
105

Belqorodda dron hücumu: bir nəfər ölüb, iki nəfər yaralanıb

Rusiya Federasiyasının Belqorod vilayətinin Oktyabrski kəndində pilotsuz uçuş aparatının avtomobilə çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bölgənin əməliyyat qrupundan verilən məlumata görə, hücum zamanı maşında olan qadın aldığı xəsarətlərdən hadisə yerində həlak olub. Qəlpə yaraları alan digər iki nəfər isə xəstəxanaya yerləşdirilib, həkimlər onlardan birinin vəziyyətinin ağır olduğunu bildiriblər.