Xaçmaz şəhəri ərazisində xuliqanlıq törətməkdə şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "İki sahil"ə verilən məlumata görə, şəhərin Ağtala kənd sakini İ.İsmayılovun xuliqanlıq zəminində döyülməsi və “VAZ-2106” markalı avtomobilinin yan şüşəsinin sındırılması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Xuliqanlığı törətməkdə şübhəli bilinən T.Hümbətov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində təhqiqat aparılır.