04 dekabr 2020 15:38
1135

SOCAR 2030-cu illədək iqlim dəyişməsinə təsirinin azaldılması üzrə sənəd hazırlayır

Hazırda SOCAR-ın 2021-2030-cu illəri əhatə edən “İqlim Dəyişmələrinə Təsirin Azaldılması Üzrə Strategiyası” sənədinin hazırlanmasına başlanılıb.

"İki sahil" oxu.az-a istinadla xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin “Davamlı İnkişaf - 2019” hesabatında məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə özünün töhfəsi olaraq 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35 faiz azalmanı hədəf kimi götürüb və SOCAR bu sahədə ölkəmizin tərəfdaş çıxdığı BMT-nin “İqlim Dəyişmələri Haqqında Çərçivə Konvensiyasının Paris İqlim Sazişi çərçivəsində ölkəmizə aid müvafiq öhdəlikləri yerinə yetirməkdədir.

Ölkə tərəfindən müəyyən olunmuş hədəflərin nail olunmasına töhfə verəcək SOCAR-ın “2020-ci ilə qədər İqlim Dəyişmələrinə Təsirin Azaldılması Üzrə Strategiyası” da mövcuddur.