“Azəriqaz”ın rəhbərliyi Ağsu, Qobustan və Şamaxı rayonlarının sakinləri ilə onlayn qəbul keçirəcək
Dekabrın 18-i saat 12:00-da “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Ağsu rayonu, baş direktorun müavinləri Ramil İskəndərov Qobustan rayonu və Cahid Hüseynov Şamaxı rayonu sakinləri ilə onlayn vətəndaş qəbulu keçirəcək.
Birlikdən "İki sahil"ə bildirilib ki, qəbulda iştirak etmək istəyənlər Ağsu Regional Qaz İstismarı İdarəsinə müraciət edə bilərlər.