11 yanvar 2021 15:16
1320

Bu maraqlı faktlar sizi də təəccübləndirəcək - FOTO

Biliyin artığı olmur. Aşağıda dünyagörüşünüzü daha da genişləndirəcək maraqlı faktlarla tanış ola bilərsiniz.

1. Braziliya həbsxanalarında oxunan hər kitab həbs cəzasını 4 gün azaldır. Bunun üçün oxunan hər bir kitab üçün bir təqdimat yazmaq lazımdır.

2. Maqnoliya çox qədim bir bitkidir. O qədər qədimdir ki, onu digər böcəklər tozlandırır. Maqnoliya arılardan daha əvvəl mövcud olub.

3. İtaliyada banklar parmezan pendirini girov kimi qeyd edərək, kredit verirlər.

4. Fransada kruassanları kərə yağı ilə bişirdikdə düz formada, marqarinlə etdikdə isə buruq formada hazırlayırlar.

5. Sinqapurda ev bitkilərini həddindən artıq sulayırsınızsa, 200 dollar cərimə oluna bilərsiniz. Sinqapurda çiçəkləri bu qədər çox sevirlər? Məsələ ondadır ki, artıq sulanma zamanı dibçəklərin dibində su toplanır və bu suya çoxlu ağcaqanadlar yığışıraq, “Denqe” adlı malyariya tipli xəstəliyi yayırlar.

6. Yarasaların kor olması barədə fikirlər mifdir. Onlarda görmə insandan belə güclüdür. Sadəcə özləri səsə görə orientasiyanı üstün tuturlar.

7. Bambuk bir neçə onillikdə bir dəfə çiçəkləyir və sonra quruyur. O çox davamlıdır: ondan hətta armaturlar da hazırlanır.

8. Popkornun hazırlanmasının tarixi qədimdir. Amerika hinduları ondan təkcə qida kimi deyil, həm də bəzək əşyası kimi istifadə edirdilər və onunla fala da baxırdılar.

9. Bayquşlar uzanaraq yatırlar, başları çox ağırdır və hələ də necə tutacaqlarını bilmirlər.

Nubar Süleymanova, “İki sahil”