25 yanvar 2021 22:17
1453

Suraxanıda şəhid ailələri ziyarət edilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına müvafiq olaraq, layihənin təşəbbüskarı Milli Məclisin deputatı Ramil Həsən, həmkarı deputatı Etibar Əliyev və layihəyə hər zaman dəstək verən TÜİB Başkanı Hüseyin Büyükfırat Suraxanı rayonunda şəhid ailələrini ziyarət çərçivəsində Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizovla bir araya gəlib, layihənin məqsədi, məramı barədə fikir mübadiləsi aparıblar.
"İki sahil" xəbər verir ki, qardaş Türkiyənin  Diyanet İşleri Başkanlığı, Türkiyə  Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyinin hər tərəfli köməkliyi ilə "TƏK MİLLƏT, TƏK ÜRƏK" Humanitar Platformasının On doqquzuncu  yardım aksiyası olaraq Bakı şəhər Suraxanı rayonunu əhatə edən  Şəhid ailələrinin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılmasına start verilib.
 Bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında bizə hər tərəfli şərait yaradan, ev sahibliyi edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizova, Milli Məclisin deputatı Etibar Əliyevə xüsusi təşəkkürünü bildirib.
Orxan Vahidoğlu, "İki sahil"