29 may 2018 19:14
1372

Dünyanın ən böyük ferması 50 milyon dollara satılır

Avstraliyada dünyanın ən böyük heyvandarlıq ferması sayılan Klifton-Hills satışa çıxarıldı.

Milli.Az bildirir ki, Belçika ərazisinin yarısı, Fici adasının ərazisi boyda olan fermanın sahəsi 1,6 milyon hektar və ya 16510 kvadrat kilometrdir.

Fermanın indiki sahibləri Klifton-Hilssi 60 ildən bəri idarə edirlər.

Avstraliyanın Kuinslend əyalətində başlayaraq Cənubi Avstraliyaya qədər davam edən bu nəhəng fermada 20 min iribuynuzlu davar saxlanır.

Fermanın ərazisində 24 davar yeri, aerodromlar, mərkəzi malikanə, bir neçə avtoşosse və s. var.

Devid Harvi, Çarlz Simpson və Ketrin Hartliyə məxsus "Clifton Hills" şirkətinin idarə etdiyi ferma "Colliers International Rural and Agribusiness" agentliyi vasitəsilə satışa çıxarılıb.