28 yanvar 2021 13:44
838

"Qalatasaray"ın futbolçusu əsgərliyə çağırıldı

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Kerem Aktürkoğlu hərbi xidmətə çağırılıb.

"İki sahil" Türkiyə mediasına istinadən xəbər verir ki, çağırış son günə təsadüf etdiyindən, 23 yaşlı yarımmüdafiəçini əsgərlikdən saxlatdırmaq mümkün olmayıb.

Belədə ödənişli hərbi xidmət variantı da alınmadığından, klub rəhbərliyi Türkiyə Futbol Federasiyasına müraciət edəcək. Problemin yoluna qoyulacağı gözlənilir.

Qeyd edək ki, Keram Aktürkoğlu "Qalatasaray"a ötən ilin sentyabrında aşağı liqa təmsilçisi "Erzincanspor"dan keçib.