29 yanvar 2021 11:21
1227

SOCAR qeyri-neft ixracında dövlət üzrə birinci, özəl üzrə ikinci olub

2020-ci il üzrə  qeyri-dövlət ixracatçı subyektlərin reytinqi açıqlanıb.

"İki sahil" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayına istinadən xəbər verir ki, ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar:

"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “SOCAR Polymer” MMC, "Land Lojistic" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Almeyvə" MMC, "Sun Food" MMC, "Global Trade Group" MMC,  "Baku Steel Company", “Aqrovest” MMC və " P-Aqro" MMC.

 Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir.

Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC, “Azəripək” MMC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC və Naxçıvan MR Dövlət Energetika Xidməti.