29 yanvar 2021 13:36
1196

Ötən il SOCAR-ın iki müəssisəsinin qeyri-neft ixracında cəmi payı 13 faizdən çox olub

Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” qeyri-neft sektoru üzrə 149,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“İki sahil” xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında yer alıb.

Bu göstərici 2019-cu il ilə müqayisədə 69,9 milyon ABŞ dolları və yaxud 31,8  faiz azdır.

2020-ci ildə, həmçinin  “SOCAR Polymer” MMC 102,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da  əvvəlki illə müqayisədə 23,6 milyon ABŞ dolları və yaxud 30,06  faiz çoxdur.

Bununla da ötən il Azərbaycanın ümumi qeyri-neft ixracının 13 faizindən çox hissəsi SOCAR-ın bu iki müəssisəsinin payına düşüb.

2020-ci ildə Azərbaycanın qeyri-neft ixracının dəyəri 1,9 milyard dollar təşkil edib.