29 yanvar 2021 15:37
1665

Şəhid və qazi ailələrinə qazın verilişi zamanı güzəşt ediləcək?

“Şəhid və qazi ailələrinə qazın verilişi ilə bağlı güzəştlərin edilməsi “Azəriqaz”ın səlahiyyətində deyil”.

"İki sahil" xəbər verir ki, bu fikri bu gün SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevin birliyin "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımda deyib. 

O bildirib ki, “Azəriqaz” öz səlahiyyətləri çərçivəsində şəhid və qazi ailələrinin problemlərini müsbət yöndə həll etməyə çalışır.

R.Əliyev əlavə edib ki, yaxın zamanda İstehsalat Birliyinin abonentlərinin sayı 2 milyon 400 minə çatacaq. 2009-2010-cu illərdə qurumun abonentlərinin sayı 760 min olub, hazırda isə onların sayı üç dəfədən çox artıb.

Qurumun direktoru qaz problemlərinin həll edilməsi ilə bağlı abonentlər tərəfindən quruma müsbət rəylərin daxil olduğu da qeyd edib. 

Orxan Vahidoğlu, "İki sahil"