Türkiyədə koronavirusa qarşı tədbirlər nəticəsində reydlər keçirilib.
“İki sahil” xəbər verir ki, maskasız saxlanılan 64 yaşlı Alaattin Pehlivanoğlu qanunlara əməl etməməsini maraqlı şəkildə əsaslandırıb.
O bildirib ki, keçmiş pəhlivan olduğu üçün koronavirus ona yoluxmayacaq: “Mən keçmiş güləşçiyəm, koronavirus mənə yoluxmaz. Üçüncü mərtəbədən yıxıldım, ölmədim. Koronavirus mənə nə edə bilər?"