07 fevral 2021 01:39
454

1 nəfərə 5 doza peyvənd vuruldu

Sinqapur Milli Oftalmologiya Mərkəzinin əməkdaşına səhvən beş doza koronavirus peyvəndi vurulub.

“iki sahil” xəbər verir ki, hadisə yanvarın 14-də baş verib. Oxu.Az-ın məlumatına görə, peyvəndin dozasını müəyyənləşdirən əməkdaş bir neçə dəqiqəlik öz yerini tərk edib. Digər əməkdaş isə hazır doza olduğunu zənn edərək peyvəndi vurub.

Bu səhv dərhal müəyyən edilib və həkimlər peyvənd vurulan şəxsi nəzarətə götürüblər. Onda hər hansı bir fəsad üzə çıxmayıb.