08 fevral 2021 22:30
1366

Buz tutan gölməçəyə düşdü - VİDEO

Türkiyədə buz bağlayan gölməçədə gəzən şəxs buzun qırılması ilə suya düşüb.

“İki sahil” xəbər verir ki, hadisə paytaxt Ankaranın Kızılcahamam mahalında baş verib.

Gölməçəyə düşən Serhat Baran həmin anları videoya çəkən dostunun təlimatı ilə donmuş gölməçədən çıxmağı bacarıb.