23 fevral 2021 12:07
257

"Çelsi" Tuhelin dövründə çox dəyişib

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə oyun öncəsi fikirlərini bildirib.

"İki sahil" xəbər verir ki, UEFA-nın saytına danışan argentinalı mütəxəssis deyib: "Çelsi" Tomas Tuhelin dövründə çox dəyişib. Komanda yaxşı oynayır. Bu, möhtəşəm oyunçuları olan güclü bir rəqibdir. Klub son vaxtlar ciddi maliyyə sərmayələri qoyub. Üç qapıçısının səviyyəsinə baxın. Bu, komandanın potensialını göstərir. Və hücumçuları Avropanın istənilən komandasında oynaya bilər.

Məqsədimiz böyük oyunçuları olan güclü rəqibləri məğlub etməkdir. Düşüncəmizi bilirlər, amma dəyişməyəcəyik".

Simeone komandasının əsas qol silahı olan Luis Suares haqda da danışıb: "Luis, hansı rəqabətdə olursa olsun, rəqiblərdə qorxuya səbəb olur. O, hər bir rəqibin diqqətini cəlb edən bacarıq və keyfiyyətlərə sahibdir. Səfər matçlarında qollarla bağlı müəyyən problemlərinin olduğunu bilirəm, amma qarşıdakı oyunda bu barədə danışmağın mənası yoxdur".

Qeyd edək ki, "Atletiko" - "Çelsi" görüşü bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.