23 fevral 2021 13:46
535

Milli Qəhrəmanlardan 11-i Hərbi Liseyin məzunudur

Bu günə qədər C.Naxçıvanski adına Hərbi Liseyi 12 mindən çox məzun bitirib. Liseyin 20-dən artıq məzunu general rütbəsinə çatıb.

"İki sahil" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında C.Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Bəkir Orucov deyib.

O qeyd edib ki, Azərbaycanın Milli Qəhrəmanlarından 11 nəfəri C.Naxçıvanski adına Hərbi Liseyin məzunu, 1 nəfər isə hərbi liseyin zabiti olub: “Bu qəhrəmanların adları Azərbaycanın hərb tarixinə əbədi həkk olunub”.