Bizim gözümüz bütün gördüklərimizi tərs, yəni başı aşağı görür.
İstənilən fotokamerada da belədir. Görüntü obyektivdən keçdikdən sonra matritsaya tərs şəkildə düşür. Fotokameranın beyni isə şəkili çevirib doğru hala gətirir.
Bizim beynimiz də eynilə, gözdən gələn tərs görüntünü çevirir və biz hər şeyi düzgün görürük.
Anadan yeni doğulmuş uşaqlarda ilk bir ayda beyin hələ də gördüklərini döndərməyi bacarmır və bir aya qədər uşaqlar hər şeyi tərs görürlər. Amma bir müddət sonra beyin buna öyrəşir və görüntünü düzəltməyə başlayır.
Röya Rasimqızı, "İki sahil"