27 fevral 2021 09:45
1010

Puşkov Baydenə xəbərdarlıq etdi

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının üzvü Aleksey Puşkov ABŞ prezidenti Co Baydenə sabiq prezident Barak Obamanın səhvlərini təkrarlamamağa çağırıb.

“İki sahil” xəbər verir ki, o, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək planlarını “Teleqram” kanalında şərh edərkən qeyd edib: "Onlar, belə demək mümkünsə, dünyanı məmnun etmək üçün tələsirlər, amma əslində - hər şeydə səhv edən və xarici siyasətdə bacardığı hər şeydə uğursuz olan Obamanın etdiklərindən nəticə çıxarmaq iatəmirlər”.

Bundan əvvəl Ağ Evin sözçüsü Cen Psaki jurnalistlərə açıqlamasında ABŞ-ın Rusiyaya qarşı sanksiyaları tətbiq etməyə hazırlaşdığını söyləmişdi.