Rumıniyanın qabaqcıl “Ultima Ora” (Son saat) qəzeti və “News24hours” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da keçirdiyi mətbuat konfransından yazıb.
“İki sahil” xəbər verir ki, rumın dilində verilən məlumatlarda mətbuat konfransının keçirilməsinin dünya ictimaiyyətinə əhəmiyyətli mesajların çatdırılması istiqamətində mühüm rol oynadığı bildirib. AZƏRTAC-ın məlumatına görə, qeyd olunub ki, tədbirin məhz fevralın 26-da keçirilməsi təsadüfən şeçilməyib. Dövlətimizin başçısı bütün dünya ictimaiyyətinə bəyan edib ki, Azərbaycan xalqı Xocalı soyqırımını unutmayıb və bu soyqırımı heç vaxt diqqətdən kənar qalmamalıdır.
Bildirilib ki, Prezident mətbuat konfransında müxtəlif regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi daxil olmaqla 4 dildə jurnalistlərin suallarını dəqiq, səlis və məntiqli cavablandırıb. Azərbaycan Prezidentinin güclü və xarizmatik dövlət başçısı və qətiyyətli lider olduğu vurğulanıb.
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub
AZƏRBAYCAN RESPUBLİKASI İLƏ BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞI ARASINDA STRATEJİ TƏRƏFDAŞLIQ HAQQINDA BİRGƏ BƏYANNAMƏ
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub