“Nyu England” Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə ABŞ-ın Massaçusets ştatının Boston şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş səssiz aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "İki sahil"ə bildiriblər ki, Harvard meydanında baş tutan etiraz aksiyasında Azərbaycan icmasının Boston şəhərində və ətraf ərazilərdə yaşayan üzvləri iştirak ediblər.
Aksiya iştirakçılarının əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün, Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotofaktlar və məlumatlar nümayiş olunub. Plakatlardakı şəkillər “Xocalıya ədalət!”, “Səssiz qalma!” şüarları, “Xocalı soyqırımı Ermənistan tərəfindən törədilib”, “Təxirə salınmış ədalət məhkəməsi ədalətdən imtina deməkdir” başlıqları ilə təqdim edilib.
Burhanettin Duran: 20 Yanvar Azərbaycan xalqının istiqlal iradəsinin təzahürüdür
"Euronews": Sovet qətliamının xatirəsi Azərbaycanın müstəqillik arzularında əsas amilə çevrilib
Sumqayıtda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib