SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib.
Qurumdan “İki sahil”ə verilən məlumata görə, Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2025-ci il üzrə audit olunmuş maliyyə hesabatları əsasında fəaliyyət nəticələri müzakirə olunub.
İclasda, həmçinin SOCAR-ın borc öhdəliklərinin 2026-cı ildə idarə olunmasına və gündəlikdə duran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
SOCAR-ın prezidenti BYD şirkətinin xarici əlaqələr və yeni biznesin inkişafı üzrə rəhbəri ilə görüşüb - FOTO
SOCAR “Azəri-Çıraq-Günəşli” layihəsində “ITOCHU” korporasiyasına məxsus iştirak payını alıb