06 mart 2021 10:16
1078

Paşinyandan Rusiya əleyhinə növbəti həmlə

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın dövlət katibi Entoni Blinken ilə telefonla danışıb.

“İki sahil” Ermənistan mətbuatına istinadən xəbər verir ki, ikitərəfli münasibətləri və Qarabağdakı vəziyyəti müzakirə ediblər.

ABŞ-ın Ermənistana davamlı dəstəyini yüksək qiymətləndirən Paşinyan ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində sülh prosesinin davam etdirilməsinin zəruriliyini deyib.

E.Blinken isə Ermənistanla tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, ABŞ-ın Ermənistana islahatlar üçün yardım göstərməyə davam edəcəyini vurğulayıb.