07 mart 2021 15:51
1058

Qazaxın işğaldakı kəndləri ermənilərdən boşaldılır?

Erməni sosial şəbəkələrində yayılan məlumata görə, Azərbaycanın Qazax rayonunun işğal altındakı 7 kəndi ilə bağlı demarkasiya və delimaitasiya işləri başlanıb. Xəbərlərdə artıq Barxudarlı kəndinin ermənilərdən boşaldıldığı da bildirilib. Digər 6 kəndin də tezliklə Rusiya sülhməramlılarının vasitəçiliyilə Azərbaycan Ordusunun nəzarətinə veriləcəyi qeyd edilir.

“İki sahil” xəbər verir ki, Ermənilərin sosial şəbəkələrdə yazdıqları şərhlərdən təşvişə düşdükləri hiss olunur. Hətta bir çoxları sos siqnalı verərək, kəndlərin boşaldılmasını faciə kimi qiymətləndirirlər.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış bəyanatın 2-ci bəndində Qazax rayonunun işğal edilmiş 7 kəndinin də Azərbaycana geri veriləcəyi qeyd edilmişdi. Lakin sonradan əsas açıqlamada və bəyanatın təqdimetməsində həmin müddəanın yer almadığı bəlli oldu.

 

Buna baxmaraq, bir müddət sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirdi ki, razılaşmaya əsasən, Ermənistan Qazaxın işğal altındakı hissələrini boşaldacaq.

Modern.az-ın məlumatına görə, Qazax rayonun işğal altında qalan kəndləri bunlardır:


Bağanis Ayrım – 24.03.1990

Xeyrimli – 08.03.1992

Aşağı Əskipara – 12.03.1992

Barxudarlı – 27.04.1992

Sofulu – 27.04.1992

Qızılhacılı - 11.05.1992

Yuxarı Əskipara – 08.06.1992