KÖŞƏ

Vəli İlyasov

Göydən üç güllə düşsə...

09 mart 2021 22:15
1351

“2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatdan sonra Ermənistan hakimiyyəti diz çökməli və xalq qarşısında üzr istəməli idi.”

Ermənistan KİV-lərində yayılan məlumatlara görə, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan deyib. O bildirib ki, həmin Bəyanat Ermənistan tərəfinin xoşuna gəlmir:

"Amma daha yaxşı saziş əldə etmək üçün müharibələri udmaq, ya da heç olmasa uduzmamaq lazımdır. Noyabrın 10-da Ermənistan hakimiyyəti, şəxsən baş nazir Nikol Paşinyan diz çökməli, xalqdan üzr istəməli və ləyaqəti olsaydı, özünü güllələməli idi".

Bundan soruşan olmayıb ki, bəyəm Ermənistan tərəfi həmin Bəyanatı öz xoşu ilə imzalayıb? Ağzını-burnunu əzişdirənlər nə tələb etsə, indi Ermənistan onu yerinə yetirməlidir, yoxsa ağa durur, Ağacan durur, dəmir yumruq da öz yerində...”Müharibəni udmaq” və ya “yaxşı saziş əldə etmək” isə boş xülyadan başqa heç nə deyil, necə deyərlər, ermənilər artıq “gönü suya veriblər.”

Danışığında alt-üst vuran eks-prezident sonra sarsaqlamağa başlayıb: guya Qarabağdakı “haqsız” sülh yeni müharibəyə səbəb ola bilər. O, cümə axşamı Rusiya KİV-ləri üçün keçirdiyi mətbuat konfransında da bildirib ki, tərəflərdən biri müharibənin nəticələri ilə razılaşmırsa, əlverişli şəraitdə yenidən döyüşlər başlaya bilər.

Koçaryanın sözlərinə görə, müharibə ATƏT-in Minsk qrupunun deyil, Ermənistan rəhbərliyinin uğursuzluğu idi: “Minsk qrupuna indi ehtiyac var. Rusiyanın da buna ehtiyacı var. Qarabağın statusu ilə bağlı danışıqlar prosesinin hansı istiqamətdə gedəcəyini söyləmək çətindir. Siyasi həll yolu tapmalıyıq”.

Görəsən bu cür dərrakə sahibi 10 il ərzində Ermənistanı necə idarə edib? Ancaq Ermənistanda yalnız debillərin, siyasi kütlərin və avantüristlərin hakimiyyət başına gəldiklərini düşünəndə buna da haqq qazandırmaq olar. Çünki anadangəlmə xəstə erməni cəmiyyətinin yetişdirdiyi kadrların içi çürük olar. Ona görə də Koçaryan hələ də başa düşmək istəmir ki, onun ordusu darmadağın edilib, Qarabağ məsələsi döyüş meydanında dörd aydır ki, həll olunub. Bir də ki, Azərbaycana qarşı hansı ordu ilə müharibə aparacaq? Rusiyaya və ATƏT-in Minsk qrupu dövlətlərinə yaltaqlanmaq isə ermənilərə heç nə verməz. Çünki onlar iki gündən bir ağasını dəyişən “ayağısürüşkən” Ermənistana inamı itiriblər. Koçaryanla Sarkisyan dinc azərbaycanlıların qırğınını təşkil etdikləri üçün Beynəlxalq  məhkəmə qarşısında cavab verməlidirlər. Onların Bakıya təhvil verilməsi isə Paşinyanın əlində bir suiçimi kimidir və bu iki qart iddiaçıdan yaxasını birdəfəlik qurtarmaq üçün çox güman ki, bu şansı əldən verməz.

“Qara səni basınca, sən qaranı bas” düşünən Koçaryan indi Paşinyanı ittiham edərək deyir ki, məğlubiyyətdən sonra Nikol başına bir patron çaxsa, yaxşı olardı. Bəs özü necə? Axı, məhv edilən ordu onunla debil Serj Sarkisyanın illərlə yaratdıqları ordu idi. Belə məlum olur ki, nağıllarda deyildiyi kimi, göydən bir yox, üç güllə düşsə yaxşıdır, biri Nikolun, biri Serjin, biri də Koçarın nəvəsi Robertin alnına, vəssalam, şüttamam...