17 may 2018 18:05
1131

İndiyədək AÇG-dən 3,3 milyard barrel neft çıxarılıb

Bu vaxtadək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 3,3 milyard barrel xam neft hasil olunub.

“BP Azerbaijan” şirkətindən bildirilib ki, ilk neft hasilatından bəri AÇG-dən ümumilikdə 3,3 milyard barrelə yaxın neft hasil edilib.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP - 30,37 faiz, “AzAÇG” (SOCAR) - 25 faiz, “Chevron”- 9,57 faiz, “Inpex” - 9,31 faiz, “Equinor” (Statoil) - 7,27 faiz, “ExxonMobil” - 6,79 faiz, “TPAO” - 5,73 faiz, “Itochu” - 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) - 2,31 faiz.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.