27 mart 2021 13:45
665

31 Mart soyqırımının məqsədi Bakı və Abşeronu türklərdən təmizləmək olub

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımıların məqsədi Bakı və Abşeronu türklərdən təmizləmək olub.

"İki sahil" xəbər verir ki, bunu millət vəkili, tarixçi Musa Qasımlı 1918-ci il 31 Mart azərbaycanlıların soyqırımı ilə əlaqədar danışarkən deyib.

Trend-in məlumatına görə, o bildirib ki, ermənilərin törətdikləri kütləvi qırğınmların miqyası 1917-ci ilin payızından Cənubu Qafqazda başlayıb: “1918-ci ildə isə ermənilər Cənubi Azərbaycan ərazisində qırğınlar törədib. Onlar Bakı neftini əldə saxlamaq istəyirdilər. Məqsədləri isə Bakıya nəzarəti ələ keçirməklə Orta Asiyaya nəzarət etmək idi. Təbii ki, onlar məqsədlərinə çata bilmədilər. Azərbaycan özünün müstəqilliyini elan etdi və erməni daşnaklarının niyyəti baş tutmadı. O dövrün ingilis və Amerika sənədlərində göstərilib ki, həmin soyqırımıda Bakının 4/1-i öldürülüb. Bu isə 120-125 min nəfər deməkdir. O dövrdə Azərbaycan dövləti güclü olsaydı, bu soyqırımına məruz qalmazdı”.

Musa Qasımlı qeyd edib ki, bu gün Azərbaycanın güclü ordusu, güclü dövlətinin sayəsində işğal altında olan Azərbaycan əraziləri işğaldan azad edilib: “Bu gün Şuşa azaddır, Qarabağ azaddır”.