Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.
“İki sahil” xəbər verir ki, SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2024-cü ilin birinci yarısı üzrə audit olunmuş fəaliyyət nəticələri, şirkətin 2023-cü il üzrə audit olunmuş faktiki Əsas Səmərəlilik Göstəricilərinin (ƏSG) nəticələri, 2024-cü il üzrə büdcə proqnozları və ƏSG hədəfləri müzakirə edilib.
Müşahidə Şurasının iclasında, həmçinin SOCAR-ın ESG (Ətraf mühit, Sosial və İdarəetmə) reytinqi üzrə aparılmış tədqiqat nəticələri və digər məsələlər müzakirə olunub.
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib
“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın Baa3 investisiya oluna bilən kredit reytinqini yenidən təsdiqləyib