31 mart 2021 15:51
4642

Ətirlər haqqında maraqlı faktlar - FOTO

1990-cı ildə bir növ ətriyyat muzeyi sayılan "Osmotek"in açılışı oldu.Qeyd edək ki, həmin  muzey Versalin ərazisində yerləşir və burada  ən çox məşhur olan  2 min ətri tapa bilərsiniz. Üstəlik, insanların heç tanımadığı  200-ə yaxın  ətir formulları da "Osmotek" muzeyində mövcuddur.

Bəlkə də bir çox ətirlərin bir maddəsi olan gül yağıdır. Əslində gül yağını hazırlamaq elə də çətin deyil .Bir qram yağın qiyməti 5 dollardan çoxdur və bunu qramI əldə etmək  üçün 1 kiloqramdan çox gül ləçəyindən istifadə olunur. Gül yağının niyə cəmi 5 dollara başa gəldiyi hələ də məlum deyil. Məsələn,  iris yağının bir qramı 40 dollardır,1 qram müşk yağı isə 60 dollardan bahadır.

Heç bilirdinizmi ki, dünyanın ən bahalı ətiri 2014-cü ildə Bolqarıstanda satılan "Opera Prima"dır.Həmin ətir, qiymətli daşlar ilə  bəzənən şüşəsinə görə 200 min avroya satılmışdır.

Efir yağları seçərkən, ətriyyatçıların məsləhətlərindən istifadə edin: eynirəngli inqredientlərdən olan yağları bir-biri ilə uyğunlaşdırın (məsələn,sarı rəngli – mimoza və limon, bənövşəyi – lavanda və jasmin, qəhvəyi – kakao və səndəl ağacı).

İlk dəfə ətirlər haqqında məlumatlar  qədim Misirdə yayılmağa başladı. Qədim zamanlarda ətirləri əsasən  tanrılara həsr edirdilər.

Ətirlər ilə bağlı maraqlı faktlardan biri də odur ki, Hindistan ətriyyatının əksəriyyəti  buxur üzərində hazırlanmışdır.

İlk ətriyyatçı müxtəlif yağları və çiçəkləri aromatik komponentləri qarışdıraqaq ətirlər yaradan  Tapputidir. Bu qız  eramızdan əvvəl II minillikdə Mesopotamiyada yaşayırdı.

İnsanın müxtəlif qoxulara qarşı olan reaksiyalarını  araşdıran elmə "olfaktometriya" deyilir.

Müasir ətirlər ilk dəfə Macarıstanda peyda oldu. Bu ətirlər spirt və müxtəlif  yağların  qarışığından hazırlanmışdır. Qeyd edək ki, bu tip ətir ilk dəfə  1370-ci ildə  Macarıstan Kraliçası Elizabeth üçün hazırlanmışdır. Daha sonra "Macar suyu" adı ilə məşhurlaşdı.

Heç kimə sirr deyil ki, indi Fransa ətriyyatın paytaxtı olub, lakin ətirlər və onların istehsalı barədə biliklər bu ölkəyə birbaşa İtaliyadan gəlib. Yalnız bu bilikləri aldıqdan və istifadə etdikdən sonra Fransa bənzərsiz ətir istehsalında lider olan ölkələr sırasına daxil oldu.

Sovet İttifaqında bir çoxlarının sevdiyi "Krasnaya Moskva" ətiri  " Novaya Zarya " ətriyyat fabrikində  fransız parfüm istehsalçısı  Heinrich Brocard tərəfindən hazırlanmışdı.

 Ən çox satılan ətir Chanel # 5-dir. Statistikaya görə, hər dəqiqə bu ətrin iki orijinal şüşəsi satılır.

Yəqin, artıq bilirsiniz ki, ətir nəbz vuran hissələrdə daha yaxşı hiss olunur. Buna görə də ətri topuqlara, dizlərin arxa hissəsinə, boyun, bilək və qulaqların arxasına vurmaq məsləhətdir.

Eyni qoxuya malik bir bədən losyonu və ya kremi istifadə edərək ətirin qoxusunu daha da gücləndirə bilərsiniz. Xüsusilə də duşdan sonra, ətir ilə eyni qoxulu losyonu istifadə edərək, qoxunun bədəndəki qalıcılığını artıra bilərsiniz.

Xanımların əksəriyyətinin ətiri saxlamaq üçün sevdiyi yerlərdən biri vanna otağıdır. Ancaq bu işıqlı, isti və nəmli mühit, ətirin ömrünü qısaldır. Ən yaxşısı qapağı bağlı olaraq nəmsiz, sərin və qaranlıq bir yerdə, məsələn, şkafda ya da siyirtmədə saxlamaqdır. Hətta soyuducular da ətirlər üçün ideal yer olaraq tövsiyə edilir.

 Qadınlar ətirləri kişilərdən dəfələrlə daha yaxşı hiss edirlər, çünki qadınların beynində qoxu hissinə  cavab verən  xüsusi sensorların 100/ 50-si var.

Samirə Tağıyeva "İki sahil"