Dünyada son sutkada koronavirusa 517 mindən çox yeni yoluxma faktı qeydə alınıb.
"İki sahil" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
AZƏRTAC-ın məlumatına görə, ötən sutka ərzində 517 585 nəfər yeni koronavirusa yoluxub, 9 264 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 132 046 206, ölənlərin isə 2 867 242 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.