“Şahdəniz-2” yatağı üzrə 7 quyu tamamlanıb.
Bu barədə AZƏRTAC-a “BP Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, bu ilin birinci rübündə “Şahdəniz Alfa” platformasında “SDA11” quyusunda qazma işləri davam edib.
İstiqlal qazma qurğusu “SDD03” quyusunu tamamlayıb və “SDD04” quyusunda tamamlama işlərinə başlayıb. “Maersk Explorer” qurğusu “SDH01” quyusunun aşağı hissələrində qazma əməliyyatlarını davam etdirib.
Bu iki qurğu “Şahdəniz-2” üzrə hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində artıq 14 quyu qazıb. Bunlardan yatağın şimal cinahında 4 quyu, qərb cinahında isə 3 quyunu tamamlanıb. “Şahdəniz-2”nin qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.