17 aprel 2021 11:19
994

Raul Kastro istefa verdi

Raul Kastro hakim Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən getməyə qərar verib.

“İki sahil” xəbər verir ki, bu barədə Kuba Kommunist Partiyasının mərkəzi media orqanı olan “Granma” qəzeti məlumat yayıb.

Bildirilib ki, R.Kastro deyib: "Soydaşlarımın nümunəsi və anlayışının gücünə və dəyərinə inanıram və yaşadığım müddətdə Vətəni, İnqilabı və sosializmi müdafiə etməyə hazır olacağam".