Kaspersky mütəxəssisləri təcavüzkarların qanuni “GoogleData Studio” xidmətindən istifadə edərək rus dilində yaydıqları dələduzluq e-poçtlarının dalğasını aşkar ediblər. Məktublarda alıcıları kompensasiya ödənişlərinirəsmiləşdirmək və ya guya artıq təsdiqlənmiş pulköçürməsini təsdiqləmək təklif olunur.
Sxem necə qurulub. E-poçtlarda istifadəçilərə çəkilmişxərclərə görə kompensasiya almaq, əlavə ödənişlərirəsmiləşdirmək və ya maliyyə qurumu tərəfindən artıqtəsdiqlənmiş pul köçürməsini qəbul etmək təklif olunur. Vəsaitləri əldə etmək üçün məktubun alıcısından “Google Slides” yerləşdirilən sənədi və ya “Google Forms”dayaradılmış sorğunu açmaq istənilir. Həmin sənədlərdəfırıldaqçılar kompensasiya ödənişləri barədə uydurmahekayəni davam etdirirlər. İnandırıcı olmaq üçün onlarguya qanunvericiliyə edilmiş dəyişikliklərlə kompensasiyaödənişi müddətinin uzadılmasına istinad edirlər, həmçinindövlət rəmzlərinin şəkillərini və ödənişlərin kimə uyğunolması barədə ətraflı məlumat əlavə edirlər. Bundanbaşqa, sənədlərdə və sorğularda fırıldaqçılarınistifadəçiləri yönləndirməyə çalışdıqları saxta səhifələrəlinklər də yer alır.
E-poçtun yayılma mexanizmi. Saxta e-poçtları yaymaqüçün təcavüzkarlar “Google Data Studio”da e-poçthesabatlarının planlaşdırılmış göndərişi funksiyasındanistifadə edirlər. Onlar sənədi yaradır, saxta təklif və linkiehtiva edən mətni əlavə edir və sonra potensialqurbanların ünvanlarını alıcı qismində göstərərəkavtomatik paylama qururlar. Nəticədə, istifadəçilərəqanuni “Google” xidmətindən göndərilən e-poçtlar gəlir. Paylamanın digər bir xüsusiyyəti göndərmə vaxtıdır: xidmət yalnız saatın əvvəlində və ya ortasındaplanlaşdırma qurmağa imkan verir ki, bunun nəticəsindəsaxta e-poçtlar əsasən bu vaxt aralığında, bəzən birdəqiqəlik gecikmə ilə gəlir.
Heç nəyə inanmaq olmaz. Sxemin özəlliyi odur ki, hücumçular qanuni “Google” xidmətinin infrastrukturundanistifadə edirlər. E-poçtlarda adı, loqosu və imzası da daxilolmaqla, “GoogleData Studio”ya xas dizayn elementləriyer alır. Bu, istifadəçilərdə mesajın etibarlı olması barədətəəssürat yarada bilər.
"Maliyyə tələləri fırıldaqçılar tərəfindən istifadə edilənklassik bir taktikadır. Onlar kompensasiya, gözlənilməzödənişlər və ya asan pul vəd edir - planlarını qarşı tərəfinmarağını cəlb etmək və onu tez bir zamanda pulqazanmağa sövq etmək üzərinə qururlar. Bu cür təkliflər, xüsusilə tanınmış onlayn xidmətlər vasitəsilə göndərildikdəinandırıcı ola bilər. Amma diqqət: qanuni platformadanistifadə məlumatın həqiqiliyinə zəmanət vermir. Müxtəlifbəhanələrlə linkə klikləməyə və əlavə hərəkətlər etməyəsövq edən gözlənilməz mesajlara xüsusilə diqqətliyanaşmaq lazımdır", - deyə Kaspersky-nin baş spamanalitiki Anna Osipova bildirib.
"Fırıldaqçılar məktublarını yaymaq və fişinq resurslarına yönləndirmək üçün populyar onlayn xidmətlərdən istifadəyə davam edirlər. Bu cür sxemlərdə planlaristifadəçilərin tanınmış platformalara olan etibarı üzərinəqurula bilər: tanış loqotip, qanuni xidmətin ünvanı və ya‘Google’ xidmətinə link heç bir şübhə yaratmır. Lakin nəqanuni xidmətdən gələn e-poçt, nə də populyar resurslaraaparan linklər təhlükəsizliyə zəmanət vermir. Spamınqanuni xidmətlər üzərindən göndərilməsi bu cürməktubların təhlükəsizlik həlləri tərəfindən bloklanmasınıçətinləşdirir", - deyə Kaspersky GReAT-ın ekspertiKonstantin İsakov qeyd edib.
Saxtakarlığın qurbanı olmaq riskini azaltmaq üçünKaspersky mütəxəssisləri tövsiyə edirlər:
• tanınmış xidmətlərdən gəlsə belə, pul köçürmələri, kompensasiya və dövlət ödənişləri ilə bağlı gözlənilməz mesajlara diqqət yetirin;
• müvafiq qurumların rəsmi veb-saytlarında dövlət dəstəyi tədbirləri haqqında məlumatları yoxlayın və şübhəli elektron poçtlardakı linklərə klikləməkdənçəkinin;
• şübhəli resursların səhifələrində şəxsi məlumatlar, bank kartı məlumatları və ya təsdiq kodlarını daxil etməyin;
• Kaspersky Standard kimi fişinq və fırıldaqçılıq saytlarına keçid cəhdlərini tanımağa və bloklamağa kömək edəcək etibarlı təhlükəsizlik həllindən istifadə edin.
Azərbaycan restoranlarının beynəlxalq platformaya inteqrasiyasına start verilir